- Köhnə - Maraqlı
- 5 İyun 2014 11:39
- 4 791
Yeni yol qovşağının istifadəyə veriləcəyi tarix məlum oldu
P.Mürsəliyev qeyd edib ki, uzunluğu 450 metr, eni 10,5 metr olan iki hərəkət zolaqlı tunel Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin edəcək.
Asfalt-beton örtüyünün salınması işləri başa çatdıqdan sonra həmin tunel vasitəsilə nəqliyyatın hərəkəti təmin olunacaq və bundan sonra həmin ərazidə köməkçi hissənin asfaltlanmasına başlanacaq.
Demək olar ki, kompleksdə son tamamlanma işlərinin iyun-iyul aylarında başa çatdırılması planlaşdırılır.
AzNews.az