- Köhnə - Maraqlı
- 5 İyun 2014 11:43
- 5 768
Dünya Obamanın bu görüntüsündən danışır - Video
Daha əvvəl bir çox skandala imza atan ABŞ Məxfi Xidmətinin tənqid olunduğu xəbər və şərhlərdən sonra Məxfi Xidmət açıqlama vermək məcburiyyətində qalıb.
Amerika Məxfi Xidmətinin sözçüsü Ed Donovan ABŞ prezidenti Barak Obamanın Varşavada qaldığı otelin idman salonunda hər hansı bir təhlükəsizlik problemi yaşamadığını ifadə edib. Donovan otelin idman salonundakı o biri şəxslərdən salonu tərk etmələri tələb olunmadığını ifadə edib və "Onlara foto və ya video çəkmələri qadağan edilmədi . Çəkilən kadrlar da prezidentin yemək yediyi restoranlarda qonaq olan şəxslər tərəfindən çəkilən videolardan fərqli deyil" deyə bildirib.
AzNews.az