- Köhnə - Maraqlı
- 4 İyul 2014 11:47
- 6 089
Qadın 15 ildir pişik tükü yeyir- FOTOLAR
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu maraqlı hadisə barədə ABŞ-ın "TLC" kanalının "Mənim qəribə vərdişlərim" verilişində bəhs olunub.
Liza bu vərdişin onda 15 il əvvəl yaranmağa başladığını deyib: "Məndə pişik tükü yeməyə həvəs yarandı və bu, mənim çox xoşuma gəldi. Qəlyanaltımı mənzildən tük toplayaraq hazırlayıram".
Əsasən döşəmə və divanın altından tük topladığını deyən Liza pişiyin üstündən qoparılmış tükün ləzzətini heç nəyin vermədiyini də deyib.
Mütəxəssislər bu hadisəni Lizadakı trixotillomaniya sindromu ilə əlaqələndirirlər. Bu, şəxsin psixi pozğunluğu xəstəliyidir. Bu xəstəliyə yoluxmuş insan tüklərin yolunub yeyilməsinə çox həvəsli olur.
AzNews.az