2014-dən 90-lara GEDƏN EVLƏNMƏ TƏKLİFİ 2014-dən 90-lara GEDƏN EVLƏNMƏ TƏKLİFİ

“Tarqovi”da daha bir qeyri-adi evlənmə təklifi - FOTO

2014-dən 90-lara GEDƏN EVLƏNMƏ TƏKLİFİ


Azərbaycanda maraqlı evlənmə təklifi baş tutub. AzNews.az xəbər verir ki, fotoqraf Ayxan Salahovun ideyasına əsasən, Bakının mərkəzində milli paltarlar geymiş gənclər bir-birinə sevgi etirafı ediblər. İş burasındadır ki, Samir adlı gənc nişanlısı Nərgizə etdiyi evlilik təklifinin sözlərinə də xüsusi diqqət ayırıb. Samir "Ey dilbəri rana! Ey təsadüf-ü müstəsna! O məhrəm Üzünüzü görüncə sizə an-i ürəkdən vuruldum ... Niyyətim acizanə-i təcavüz etmək deyil .. Əksinə əfkar-i ümumiyədə kiçik bir ailə bacası tüttürtməktir... Sözlərim sizi təmin və tətmin edəcəksə əgər buyursanı-z izdivacınıza talibəm!"-deyə Nərgizə evlənmək təklif edib.

Qeyd edək ki, bir müddət öncə paytaxtın "Tarqovi" kimi tanınan Nizami küçəsində gəncərin öpüşərək fotosessiya etdirməsi böyük narazılığa səbəb olmuşdu. Hətta bununla bağlı millət vəkilləri və bir çox ziyalılar qınaq dolu fikirlər səsləndirmişdilər.



AzNews.az