Bakıda daha bir qeyri-adi avtomobil - FOTO

Bakıda qeyri-adi bir avtomobil peyda olub.

AzNews.az xəbər verir ki, bu avtomobilin qeyri-adiliyi onun nə bahalı, nə də antik olmasındadır.

Şəkillərdən də göründüyü kimi, əslində, bu avtomobili hər iki kriteriyaya aid etmək olar. Onun bahalı olması sahibinə pul qazandırmaqdır. Antik olması isə onun şüşələrinin, dövlət nömrə nişanının, hətta bəzi hissələrinin olmamasındadır.

Belə bir avtomobilin yol polisininin gözündən yayınması və üstəlik kameralara düşməməsi isə onun daha bir "kriteriyasını" ortaya qoyur. Bəlkə, bu avtomobil bəzi "gözlərə" görünmür?









Qeyd: Fotolar Babək prospektində çəkilib.

AzNews.az