Stokholmda fizika sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb. Stokholmda fizika sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb.

Fizika sahəsində Nobel mükafatı laureatlarının adları açıqlandı

Stokholmda fizika sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb.



AzNews.az xəbər verir ki, Yaponiya və ABŞ alimləri İsama Akasaki, Xirosi Amano və Sudzi Nakamura 2014-cü ildə fizika sahəsində Nobel mükafatı laurefatları olublar.
Nobel Komitəsinin yaydığı məlumata görə, alimlər Nobel mükafatına enerjiyə qənaət edən və ekoloji cəhətdən təmiz olan yeni enerji mənbələrinin - göy rəngli işıq diodunun ixtirasına görə layiq görülüblər. Bu ixtira köhnə işıq mənbələrinə daha davamlı və səmərəli alternativ olan ağ işığın əldə edilməsinə yeni imkanlar açır.

Qeyd edək ki, Nobel mükafatları dekabrın 10-da bu mükafatın banisi olan Alfred Nobelin Xatirə günündə təqdim ediləcək.