- Köhnə - Maraqlı
- 9 Oktyabr 2014 12:39
- 3 896
Qadının tabutunu kranla məzara endirdilər - Rumıniyada
Rumıniyalı ailə 46 yaşlı Yekaterina Moldovanın dəfn mərasimində qeyri-adi problemlərlə üzləşib.
AzNews.az xəbər verir ki, çəkisi 172 kq olan Yekaterinanın yaxınları onun ölçüsünə uyğun tabut düzəltdirmək üçün əməlli-başlı xərc çəkməli olublar. Bundan əlavə tabutu yerdən qaldırmaq üçün ailə qaldırıcı kran sifarış etməli olub.
Yaxınlarının sözlərinə görə, Moldovan öd kisəsində əməliyyat keçirdikdən sonra sürətlə çəki almağa başlayıb.
Müsahibələrdən birində onun yoldaşı bildirib ki, Yekaterina ömrünün son günlərinə qədər artıq çəki ilə mübarizə aparıb: " Lakin bu öncədən uduzulmuş döyüş idi. Sanki, o, elə yeməyi görən kimi kökəlməyə başlayırdı".
Rumıniya Səhiyyə xidmətinin məmurları qeyd ediblər ki, piylənməni xəstəlik hesab etmirlər. Buna görə də nə Yekaterinaya, nə də onun ailəsinə heç bir köməklik göstərilməyib.
Aydan Axundova
AzNews.az