- Köhnə - Maraqlı
- 10 Oktyabr 2014 12:37
- 9 616
Axirətlə bağlı deyilənlər elmə sübut olunur - Alimlərin sensasion araşdırması
Elm adamları ölümdən sonra da şüurun davam etdiyini kəşf ediblər.
AzNews.az xəbər verir ki, bu qənaətə İngiltərə, Amerika və Avstraliya həkimləri 15 xəstəxanada apardıqları araşdırmadan sonra gəliblər. İnfarkt keçirən, kliniki olaraq ölən və yenidən geri qayıdan 2 min insan üzərində edilən tədqiqatdan sonra məlum olub ki, həmin insanların 40 %-nin beyni dayansa belə, şüurun itmir.
İnfarkt keçirən 57 yaşlı bir ingilisin ürəyi 3 dəqiqəlik dayansa da, "o dünyadan" geri qayıtdıqdan sonra ətrafındakı həkimlərə nə gördüyünü danışmağa başlayıb.
Bəzi xəstələr kinolarda təsəvvür edilən kimi, ağ parlaq işıq gördüyünü, bəziləri isə bir əlin onların boğazından bərk yapışaraq boğmağa çalışdığını söyləyiblər.
Bir qrup xəstələr isə qorxu, təəccüb və rahatlıq dolu bir hiss yaşadığını deyib.
Qeyd edək ki, edilən araşdırmalardan sonra Amerikanın tanınmış alimlərindən Sam Parnia insan öldükdən sonra şüurunun itmədiyini söyləyib.
Nərmin Məmmədli
AzNews.az