- Köhnə - Maraqlı
- 13 Oktyabr 2014 09:19
- 20 502
“Qadının sizdən üzü döndüsə, o qadını...“- Çarls Bukovskinin qadınlar haqqında qeyri-adi fikirləri
Amerikanın tanınmış yazıçısı Çarls Bukovski qadınlar haqqında 10 qeyri-adi fikir səsləndirib. AzNews.az həmin fikirləri təqdim edir:
Qadınlara yalan söyləməkdən cəkinməyin. Yetər ki, danışılan yalanların onlar üçün olduğunu bilsinlər.

Qeyri-adi düşüncələr və qeyri-adi qadınlar daimi deyil.

Bütün kişilər gördüyü hər qadına "gözəlsən" deməyi sevir. Sadəlövh qadınlar buna inanır, ağıllı qadınlar isə buna gülür və keçir.

Kişilər təxmin etmək və müvəffəqiyyətsizliyə düçar olmaq üçün yaradılıb. Qadınlar isə digər hər şey üçün bu dünyaya gəlib.

Hər qadın fərqlidir. Əslində isə qadınlar yaxşılığın və pisliyin birləşməsindən yaranıb. Onlar sehirli varlıqlardır. Nə olursa olsun, kişilər onların var olmasından məmnundurlar.

Kişilər futbol matçını izləyir, içki içir, oyun oynayır. Qadınlar isə hər zaman kişilər haqqında fikirləşir. Sevdiklərinin onları aldadıb aldatmadığını, tərk edib etmədiyini düşünür.

Hıçqıraraq ağlayan qadının gözyaşları bu gözyaşına səbəb olan kişinin başına gələcəklərinin altına atılan bir imzadır.

Yaxşı bir qadının qarşınıza çıxacağını gözləməyin. Çünki yaxşı qadın deyilən bir şey yoxdur.

Qadınlar sizi sevə bilər, lakin onları tərk etdiyiniz zaman sizi öldürmək istəyər. Hətta maşınla sizi əzər və həmin an sifətinizdəki çizgiləri görüb üzünüzə tüpürər.

Bir qadının sizdən üzü döndüsə, o qadını unudun.

Nərmin Məmmədli
AzNews.az