- Köhnə - Maraqlı
- 14 Oktyabr 2014 09:04
- 7 452
Məhəmməd Əli: “Mən ən yaxşıların yaxşısıyam”

“Kəpənək kimi uçaram, arı kimi sancaram” dünya şöhrətli amerikalı boksçu Məhəmməd Əlinin ən məşhur sözlərindən biridir.
AzNews.az xəbər verir ki, özünəməxsus yaşayış tərzi, siyasi durumu ilə diqqətləri cəlb edən tanınmış idmançı hər zaman qadınlarla olan münasibətləri ilə müharibələrə qarşı olmağı və dini seçimindəki fərqliliyi ilə həmişə seçilib.
İndi isə əsəb sisteminin pozğunluğundan əziyyət çəkən Məhəmməd Əli artıq danışıq qabiliyyətini belə itirib. Lakin sağlam olduğu zamanlarda elə sözlər deyib ki, həmin ifadələr tarixə qızıl hərflərlə yazılıb.
AzNews.az Məhəmməd Əlinin qızıl qədər dəyərli ifadələrindən bəzilərini təqdim edir:
Risk ala biləcək qədər cəsur olmayanlar həyatda heç bir şey əldə edə biləzlər.
Dostluq məktəbdə oyrədilə biləcək bir şey deyil. Əgər "dostluq" sözünün mənasını anlamırsınızsa, demək siz həyatda heç bir sey oyrənə bilməmisiniz.

Hara getdiyimi və həyatımda olan bütün həqiqətləri yaxşı bilirəm. Heç kimin istədiyi kimi hərəkət etmək məcburiyyətində deyiləm.
İslam barış deməkdir. Müsəlman isə Allaha təslim olmuş insandır.
Əgər məni məğlub edəcəyini düşünən insan varsa, özünə gəlsin və məndən üzr istəsin.
Xəyal gücü olmayan insan qanadsız quş kimidir.

Sadəcə verə biləcək daha yaxşı cavabınız yoxdursa, sükut qızıldır.
İnsanın özünə inamsızlığı ona ən böyük əngəldir. Mənim isə özümə inanım tamdır.
Heç bir zaman nəyisə itirə biləcəyim ağlıma belə gəlməzdi, amma bu, oldu. Bu vəziyyətdə isə edə biləcəyiniz tək bir şey bunu qəbul etməkdir. Nə vaxtsa bütün insanlar hansısa bir məğlubiyyəti qəbul etmək məcburiyyətində qalacaqlar.
Sadəcə mən ən yaxşısı deyiləm. Ən yaxşıların yaxşısıyam. Rəqiblərimi təkcə məğlub etməklə qalmıram. Onları hansı raundda məğlub edəcəyimə də özüm qərar verirəm.

Nərmin Məmmədli
AzNews.az