Wikiliks-in sahibi Çe Qevaranın obrazları ilə bəzənəcək - FOTO

Qalmaqallı Wikiliks saytının yaradıcısı Culian Assanj öz geyim tərzini yaradır.



AzNews.az xəbər verir ki, Assanj "Franchisee India" Hindistan şirkəti ilə birgə yeni layihə üzərində çalışır.

Geyim Assanjın Cənubi Amerika inqilabçısı Çe Qevaranın obrazındakı şəkilləri ilə bəzənəcək.

Məlumat verilir ki, belə geyimlər Fransa, Almaniya, Avstriya, İsveçrə, İspaniya və Portuqaliyada satılacaq.

Xatırladaq ki, Culian Assanj son iki il Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən Ekvador səfirliyinin ərazisini tərk etməyib.

Səfirlikdən Assanj 2012-ci il iyun ayının 19-da İsveçə ekstradisiya olunmamaq üçün sığınacaq istəyib.

Wikiliks saytının yaradıcısı və baş ideoloqu İsveçdə seksual xarakterli cinayətlərdə şübhəli bilinir.

Assanj öz növbəsində bütün ittihamları rədd edir . Stokholmun onu ABŞ-a departasiya edəcəyindən çəkinir. Belə ki, ABŞ-da onu kəşfiyyat və dövlət departamentinin gizli sənədlərini icazəsiz dərc etmə ittihamları üzrə 35 illik həbs gözləyir.





Aydan Axundova