- Köhnə - Maraqlı
- 15 Oktyabr 2014 10:06
- 11 855
Qız qaçırılma ənənəsi rəsmiləşdi - FOTOLAR
Qırğızıstandakı qız qaçırma ənənəsi bütün dünyanın marağına səbəb olub.
AzNews.az xəbər verir ki, kişilər tanış olduqları qızı küçədə qaçırır. Bu şəkildə qaçırılan qızın evə geri dönüşü qeyri-mümkün hesab edilir.

Belə ki, gənc qız zorla avtomobilə mindirilir.

Sonra qızı qaçıran oğlanın qohumları qızın qoluna girərək, onu ər evinə aparır. Qızın başına ağ bir örtü sərilir və ağ çiçəklər atılır.

Qızı qaçıran ailə tərəfindən qız evinə süd pulu göndərilir.
Bu ənənə əsrlərdir ki, davam edir.
Daha da maraqlı olan isə bu hadisənin olacağını oğlan evinin bütün qohumlarının öncədən bilməsidir. Onlar lazımlı müdaxilə və mərasimi reallaşdırmaq üçün hazırlıq işləri görür.
Qızı qaçıran oğlanın anası evlənmək istəməyən qızı sakitləşdirmək üçün onunla bir müddət otaqda söhbət edir və gəlinləri olduğu üçün qızın alnından öpür.

Bir müddət sonra bacısının qaçırıldığı evə gələn qızın böyük qardaşı, bacısının ağladığını və orada qalmaq istəmədiyini görür. Lakin artıq onun ata evinə qayıda bilməyəcəyini söyləyir.

Artıq taleyinə təslim olan gənc qız bir xalça üzərinə oturdularaq bir müddət gözlədilir və oğlan otağa girib qızın alnından öpür.

Daha sonra isə nikah mərasimi təşkil olunur. Qızın yaxın qohumları və böyüklər bir araya toplanır .

Qeyd edək ki, bu ənənə 1994-cü ildə Qırğızıstan dövləti tərəfindən rəsmi olaraq qəbul olunub.
Nərmin Məmmədli
AzNews.az