Bu ölkənin müsəlmanları məcburən saqqallarını qırxır

Özbəkistanın Əndican vilayətinin Paxtaabad rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları təqaüd yaşına çatmayan kişiləri saqqallarını qırxdırmağı məcbur edir.



AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Azadlıq Radiosunun yerli xidməti yayıb.

Xəbərdə deyilir ki, belə "məcburetmə" hallarına ölkənin Xanabad və Xujaabad rayonlarında da rast gəlinib.

Hüquq-mühafizə orqanları bunu qonşu Qırğızıstandan gələ bilən "dini "təhlükəyə" görə atdığını deyib. Vətəndaşların geyindikləri dini geyimlərin də yoxlanılması bu "tədbirlərdən" biri hesab edilir.


AzNews.az