İstanbulda unikal kitab aksiyası: Dayanacaq kitabxana

Türkiyənin İstanbul şəhərinin Bağçılar mahalında tramvay və avtobus dayanacaqlarında itirilən vaxtın daha yaxşı dəyərləndirilməsi məqsədilə "Dayanacaq Kitabxanası" adlı aksiya keçirilib.



AzNews.az xəbər verir ki, bu aksiya Bağçıların 11 tramvay və avtobus dayanacağında təşkil olunub.

Aksiyada sakinlər dayanacaqda kitab oxuyub və nəqliyyat vasitəsi gələnədək boş vaxtlarını səmərəli istifadə edib.

Qeyd edək ki, Bağçılar Bələdiyyəsi tərəfindən təşkil olunan bu aksiyada 20 mindən çox kitab oxunub.


Nərmin Məmmədli
AzNews.az