- Köhnə - Maraqlı
- 17 Oktyabr 2014 15:00
- 6 497
Messinin statusu: 37 min şərh - FOTO+VİDEO
Argentinalı ulduz, İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi Facebook sosial şəhəkəsindəki səhifəsində status yazıb.
AzNews.az xəbər verir ki, Lionel Messinin "Barselona"da keçirdiyi 10 illiyi ilə bağlı yazdığı statusu 700 minə yaxın insan bəyənib, 37 min insan isə bu haqda şərh yazıb.
"Bütün qohumlarıma, dostlarıma və "Barselona" futbol klubunun heyətinə bu 10 il ərzində mənə dəstək olduqlarına görə minnətdarlıq edirəm. Mən həmişə öz idman formamı yaxşılaşdırmağa çalışmışam və komandamın uğuru üçün əlimdən gələni etmişəm. Hamınızı bağrıma basıram".
Qeyd edək ki, Lionel Andres Messi 24 iyun 1987-ci ildə Argentinanın Rosario şəhərində anadan olub. Atası Jorge Horasio Messi polad fabrikində işləyib, anası Selia Mariya Kussittini isə xidmətçi olub. Onun mənşəyi ata tərəfdən İtaliyanın Ankona şəhərindəndir. Belə ki, onun ulu babası Ancelo Messi 1883-cü ildə oradan Argentinaya köçüb. Rodrigo və Matias adlı iki böyük qardaşı, Maria Sol adlı özündən kiçik bir bacısı var. Beş yaşında olarkən Messi atasının məşqçilik etdiyi yerli Qrandoli futbol məktəbində məşqlərə başlayıb. 1995-ci ildə doğma şəhəri Rosarioda məskunlaşan "Nyuels Old Boyz" klubuna keçib. O, komandanın gənc ulduzuna çevrilib və növbəti dörd ildə yalnız bir oyunda meydana çıxmayıb. Messi təvəllüdünə uyğun olaraq "87-ci ilin maşını" ləqəbi ilə məşhurlaşıb.
11 yaşında Messiyə inkişaf hormonu çatışmazlığı diaqnozu qoyulub. Yerli klublardan "River Pleyt" Messinin müalicəsinə kömək etmək istəsə də, ayda 900 $ məbləği ödəyə bilməyəcəyini bildirib. "Barselona"nın idman direktoru Karles Reksaç Messinin Kataloniyanın qərbində Leyda əyalətində yaşayan qohumları sayəsində onun istedadından xəbərdar olub və bir müddət sonra atası ilə Messini sınamaq üçün baxışa çağırıb. Reksaç Messiyə salfet kağızında yazılmış müqavilə təklif edib. Müqaviləyə görə Messi İspaniyaya köçəcəyi halda müalicə xərcini "Barselona" öz üzərinə götürüb. Messi qeyd edilən vaxtda Barselonaya köçüb və klubun gənclər akademiyasına daxil olub.



