54 yaşlı fil təqaüdə buraxıldı

Kambocada turistlərə xidmət edən 54 yaşlı fil təqaüdə buraxılıb.



AzNews.az xəbər verir ki, təqaüd və təqaüdçü kimi ifadələr yalnız insan cəmiyyətinə xas olsa da, bəzən bu statusa insanlara xidmət edən heyvanlar da layiq görülür.
Belə ki, Kambocanın ən məşhur "Sambo" adlı filinin təqaüdə göndərilməsi paytaxt P0nom Pen şəhərində təntənə ilə qeyd olunub.

54 yaşlı fil Kambocanı ziyarət edən turistləri uzun illər boyu belində gəzdirib, paytaxtın görməli yerlərini göstərib.

İndi isə təqaüdə layiq görülən dişi fil Kambocanın milli qoruğuna buraxılaraq, canlı təbiət şəraitində sərbəst həyat tərzi sürə biləcək.

AzNews.az