- Köhnə - Maraqlı
- 3 Dekabr 2014 09:31
- 6 862
Prezident adının uşaqlara qoyulması qadağan edildi
Şimali Koreya əhalisinə uşaqları Kim Çen In adlandırmaq qadağan edilib.
AzNews.az xəbər verir ki, 2011-ci ilin yanvar ayında analoji əmri hazırki ölkə prezidentinin atası Kim Çen İr verib. Lider onunla eyni adı daşıyan insanları könüllü adlarını dəyişməyə çağırıb.
Qeyd edək ki, Şimali Koreya sakinləri partiya rəhbərliyinin üzvlərinin rütbəsinə də ehtiyatla yanaşmalıdırlar. Belə ki, 2011-ci ildə Kim Çen Inı bundan sonra "gənc general" adlandırmamaq əmri verilib.
Çində fəaliyyət göstərən bütün Şimali Koreya müəssisələri Kim Çen İrin varisini "əziz yoldaş Kim Çen In" və ya "Mərkəzi Hərbi Komissiyasının hörmətli sədr müavini" adlandırmalı olublar.
Aydan Axundova
AzNews.az