- Köhnə - Maraqlı
- 4 Dekabr 2014 08:40
- 5 736
Uşaqlar üçün Google yaradılır
Google şirkəti uşaqlar üçün axtarış sistemi yaratmaq fikrinə düşüb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "The Daily Mail" yayıb.
Şirkətin rəsmiləri bildiriblər ki, YouTube və Google Chrome-un uşaq versiyası təhlükəsizlik baxımından daha güclü olacaq.
Məlumatda deyilir ki, hazırda yeni versiya üzərində test sınaqları gedir və onun potensial oxucuları müəyyənləşdirilir.
Qeyd edək ki, xeyli sayda uşaq Google Play internet mağazasında ticarət etdiklərinə görə Google şirkətinin rəhbərliyi istifadəçilərə 19 milyon dollar kompensasiya verməyi planlaşdırır.
AzNews.az