- Köhnə - Maraqlı
- 5 Dekabr 2014 11:30
- 7 930
Seks səhnəsini pis təsvir etdi və mükafat aldı
Böyük Britaniyada yaşayan nigeriyalı yazıçı Ben Okri yazdığı son romanında seks səhnəsini pis təsvir etdiyinə görə mükafat alıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "The Independent" saytı yayıb.
"Literary Review Bad Sex" mükafatının təqdimetmə mərasimində Ben Okri iştirak etməyib.
Jüri hesab edir ki, seks səhnəsinin sonunu yazıçı raket buraxılması ilə eyniləşdirib.
Okrinin yazdığı "The Age of Magic" romanı sayca onuncu hesab edilir. Paris kinematoqrafları bu roman əsasında film çəkmək üçün artıq İsveçrəyə yollanıb.
Qeyd edək ki, mükafat alanların qısa siyahısına Riçard Flenaqan (Avstraliya), Xaruki Murakami (Yaponiya) və Maykl Kanninq (İrlandiya) kimi ünlü yazıçıların adları salınıb.