- Köhnə - Maraqlı
- 17 Dekabr 2014 19:04
- 7 073
17 yaşlı “milyonçu” hər kəsi aldadıb- FOTOLAR
Nyu-York sakini Məhəmməd İslam “Foreks” valyuta birjasında oynayaraq 72 milyon dollar qazanması xəbərinin yalan olduğu ortaya çıxıb.
"Qafqazinfo" xarici mətbuata istinadən məlumat verir ki, xəbəri yayan "New -York Magazine" oxuculardan üzr istəyib. Jurnal açıqlamasında onlara həmin gəncin saxta bank sənədlərini göstərdiyini bildirib.
Qeyd edək ki, 17 yaşında Məhəmməd artıq "BMW" markalı avtomobilin sahibi olduğunu, lakin azyaşlı olduğuna görə sürücülük vəsiqəsi hələlik olmadığını bildirmişdi.