109 yaşlı qadın: “Kişilərdən uzaq durun” - VİDEO

Bu ilin yanvar ayında 109 yaşı tamam olan şotlandiyalı Cessi Qellan uzunömürlüyünün sirrini açıb.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Buzzfeed" nəşri yayıb.

Jurnalistlərin suallarını cavablandıran qadın hər gün idmanla məşğul olduğunu və sağlam qidalandığını vurğulayıb, ancaq Qellan belə uzun ömür sürməyinin bu amillərdən asılı olmadığını gizlətməyib.

"Ən başlıcası, kişilərdən uzaq durmaq lazımdır. Çox zaman onlara onların layiq olmadığı qüvvəni sərf edirik", - deyə heç vaxt ərə getməyən qadın bildirib.

"Hər gün tezdən bir boşqab yulaf sıyığı yeyirəm və sonra idmanla məşğul oluram. Mən bütün ömrü işləmişəm, çox nadir hallarda məzuniyyətdə olmuşam. Valideynlərimin yanından 13 yaşım olanda çıxmışam və Şotlandiya fermalarının birində inək sağmışam. Sonra mehmanxanada çalışmışam. Hansı ki, orda Kraliça II Yelizaveta da gecələyib", - deyə 109 yaşlı qarı əlavə edib.

Qeyd edək ki, Cessi hazırda Aberdin şəhərində qocalar evində yaşayır. Ancaq o, Böyük Bitaniyada ən yaşlı insan hesab edilmir, çünki Cənubi Yorkşirdə yaşayan Etel Lenqin 114 yaşı var.