- Köhnə - Maraqlı
- 21 Yanvar 2015 16:58
- 8 020
Baykal gölü də quruyur
Baykal gölündə suyun səviyyəsinin aşağı düşməsilə bölgədə fövqəladə vəziyyət elan edilib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
Məlumata görə, suyun azalması istilik enerjisi stansiyasının işini dayandıra bilər. Bu da nəticədə yaxınlıqda yerləşən 230 min əhalisi olan Anqarsk şəhərinin əhalisinin köç etməsinə gətirib çıxarar.
"Baş verən vəziyyətlə bağlı sənəd hazırlayıb hökumətə göndərəcəyik", - deyə Rusiyanın Təbii Sərvətlər və Ekologiya naziri Sergey Donskoy bildirib.
Qeyd edək ki, dünyanın ən dərin gölü (1642 metr) hesab edilən Baykal İrkutsk hidro elektrik stansiyasının su mənbəyidir.