“Taxt oyunları” başlayır - VİDEO

Son dövrlərin ən məşhur və baxılan seriallarından olan “Taxt oyunları”nın (“Game of Thrones”) 5-ci fəsli nəhayət ki, başlayır.



AzNews.az xəbər verir ki, fenomen kinonun rəsmi Twitter hesabında serialın aprelin 12-də başlayacağı ilə bağlı məlumat paylaşılıb. Lakin ondan əvvəl fevralın 8-də kino haqqında 30 dəqiqəlik videoçarx nümayiş olunacaq.



Amerika Birləşmiş Ştatlarının HBO telekanalında yayımlanan serialda yeni aktyorlar da rol alacaq. Belə ki, obrazların gəncliyini canlandıracaq şəxslərin adları artıq bəlli olmağa başlayıb.

Lina Hidinin canlandırdığı Cersey Lanester xarakterinin gəncliyini Nell Vilyamsın ifasında izləyəcəyik. Vilyams "Taxt oyunları"nın 5-ci fəslinin ilk 3 bölümündə rol alacaq.



Xatırladaq ki, filmdəki hadisələr yayın 10 illərlə, qışın isə bir ömür hakim olduğu diyarda cərəyan edir. Diyarda 7 krallığın kralının ölümünün ardından taxt uğrunda mübarizələr başlayır. Taxt uğrunda müharibələr 5-ci fəsildə də davam edəcək.



Nigar
AzNews.az