İşığın sürəti azaldıldı – SENSASİYA

Şotlandiyalı alimlər yeniliyə imza atıblar.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın "rt" saytı yayıb.

Məlumatda deyilir ki, bu vaxta kimi dəyişilməz sayılan və vakuumda 300 000 000 m/s sürəti olan işığın sürətini azaltmaq mümkün olub.

İşığın sürətinin suda və şüşədə azaldığı güman olunsa da vakuum şəraitində yenidən o, öz sürəti ilə yayılırdı.


Tədqiqatçılar bu dəfə işıq şüalarını xüsusi çərçivələrdən buraxıblar. Bu isə şüaların quruluşunu və sürətini dəyişib. Lakin maraqlı məqam odur ki, şüalar çərçivədən vakuum şəraitində keçəərk yenə də azalmış sürətlə hərəkət ediblər.

Nigar
AzNews.az