Facebook-u İŞİD dağıdıb

“Facebook, Instagram və digər sosial şəbəkələr “İslam Dövləti”nin hakerləri tərəfindən dağıdılıb”.



AZNEWS.AZ xəbər verir ki, bu iddia ilə İD-in haker qrupu çıxış edib.

Bu qrup bir az öncə "Malaysia Airlines" avia şirkətinin saytını da dağıtmışdılar.

"İslam Dövləti"nin hakerlərinin bu bəyanatı hələlik öz təsdiqini tapmayıb. Çox böyük ehtimalla Facebook və Instagram-ın rəhbərliyi bu olayla bağlı açıqlama verəcək.


Qeyd edək ki, adı çəkilən sosial şəbəkələrə giriş bir saat ərzində mümkünsüz olub.