Tarixdə bu gün: 29 yanvar Tarixdə bu gün: 29 yanvar

Türkiyə ilə Azərbaycan arasında ilk əməkdaşlıq sazişi bu gün imzalanıb

Tarixdə bu gün: 29 yanvar



Bu gün məşhur azərbaycanlı futbol hakimi Tofiq Bəhramov (1925-1993) anadan olub.
AZNEWS.AZ xəbər verir ki, o, 1966-cı ilin dünya çempionatında Almaniya və İngiltərə arasındakı final oyununda yan hakim olan Bəhramov ingilis Cefri Hertsin mübahisəli qolunu qeydə almaqla tarixə düşüb. 1972-ci ildə sovet hakimləri arasında ilk dəfə Qitələrarası kubokun finalını -"Ayaks" (Hollandiya)- "İntependyente" (Argentina) oyununu idarə edib. Tofiq Bəhramov 1993-cü il martın 26-da vəfat edib.

1927-ci ildə Azərbaycanın xalq artisti, məşhur balerina Leyla Vəkilova (1927-1999) anadan olub. Opera və Balet Teatrının aparıcı balet aktrisası olan Leyla Vəkilova 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində kiassik rəqslər fənnindən dərs deyib, 1992-ci ildən bu tədris ocağına rəhbərlik edib. O, 1999-cu il fevralın 20-də vəfat edib.

Sovet İttifaqı, Böyük Britaniya və İran arasında faşist Almaniyasına qarşı birgə alyans barədə saziş 1942-ci ildə bu gün imzalanıb. Sazişə əsasən, İran ərazisində - Cənubi Azərbaycanda SSRİ-nin hərbi kontingenti yerləşdirildi və müharibənin sonunadək (1945) sovet qoşunları orada qalıb.

1991-ci ildə Türkiyə ilə Azərbaycan arasında ilk hökumətlərarası əməkdaşlıq sazişi imzalanıb. Nəqliyyat sahəsində imzalanan sazişə əsasən, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Araz çayı üzərində (o vaxtkı Türkiyə-SSRİ sərhədində) körpü tikilməli idi. "Ümid körpüsü"nün açılışı 1992-ci il mayın 28-də keçirilib.

2004-cü iidə Prezident Heydər Əliyevin vəfatından sonra ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev adına Fond tərəfindən "2003-cü ilin adamı" mükafatına layiq görülməsi ilə bağlı təqdimat mərasimi keçirilib. Mərasimdə mükafat Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunub.

Görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexov (1860 - 1904) 1860-cı ildə bu gün Taqanroq şəhərində (Rostov vilayəti) doğulub. Onun məşhur hekayələrindən - "Qağayı", "Albalı bağı", "Vanya dayı", " Üç bacı" pyesləri, "Çöl", "6 nömrəli palata", "Mujiklər" povestləri, "Buqələmun", "Unter Prişibeyev" və "Qılaflı adam"ın adlarını çəkmək olar.

1866-cı ildə bu gün fransız yazıçısı, ictimai xadim, alim-musiqişünas, ədəbiyyat üzrə Nobel mükafatı (1915) laureatı Romen Rollan (Romain Rolland; 1866-30.12.1944) anadan olub.

Onun "Jan-Kristof" (10 kitabdan ibarət roman), "Canavarlar", "İdrakın təntənəsi", "Danton", "On dörd iyul" kimi məşhur əsərləri var.