Çılpaqlar kampı deyilən bir yer eşitmisiniz hər halda. Amma çılpaq dincəlmək üçün bir kampa qapanıb qalmaq istəmirsinizsə, çılpaq şəkildə dincələ biləcəyiniz bu yerləri tanımalısınız. Çılpaqlar kampı deyilən bir yer eşitmisiniz hər halda. Amma çılpaq dincəlmək üçün bir kampa qapanıb qalmaq istəmirsinizsə, çılpaq şəkildə dincələ biləcəyiniz bu yerləri tanımalısınız.

Bu 10 məkanda paltarla gəzmək olmaz - FOTO+SİYAHI

Çılpaqlar kampı deyilən bir yer eşitmisiniz hər halda. Amma çılpaq dincəlmək üçün bir kampa qapanıb qalmaq istəmirsinizsə, çılpaq şəkildə dincələ biləcəyiniz bu yerləri tanımalısınız.


AzNews.az çılpaq tətil edə biləcəyiniz 10 yeri təqdim edir.

1. Kaiser Friedrich Termal Təsisləri
Roma hamamının yerində 1913-cü ildə inşa olunmuş bu termal təsisdə saunalar və hovuzlar, spa masaj salonları var. Gigiyenik səbəblərə görə termal hovuzlara çılpaq bədənlə girməlisiniz.



2. Hidden Beach Resort
Meksikanın Yucatan bölgəsində beş ulduzlu bir təsis olan Hidden Beach dünyanın ən lüks çılpaqlar təsisləri sırasındadır. Özəl cakuzi və barlarda belə lüt bədənlə gəzə bilərsiniz.



3. Plage de Tahiti Sahili
St. Tropez Ağdənizdəki ən gözəl sahillərdən biri sayılır. Ağappaq qumların üzərində Miranda Kerr, Eva Gree və Naomi Kempl kimi ulduzları görə biləcəyiniz Plage de Tahiti sahilinin sularında çılpaq şəkildə üzə bilərsiniz.



4. İtaliyadan Yunanıstana Bare Necessites Turu
Aralarında Macarıstan, Sloveniya kimi ölkələrin olduğu böyük bir tur beş ulduzlu bir səyahət vəd edir. Səyahətdə iştirak edən 3000 çılpaq turist Roma və Venediktdən 6 ölkənin sahillərinə çıxır.



5. Valalta Kampı
2014-cü ildə təbiətin dostu adlandırılan bu kamp 1960-cı illərdə qurulub. Özünün çimərliyi, hovuzu olan kampda çılpaq gəzmək də azaddır.



6. ABŞ, Abbotts Glen
Təbiət qoynunda 450 metr yüksəklikdə saunalı və cakuzili bir təsis olan Abbots Glen çılpaq tətillərə ev sahibliyi edir. Alma yığma, təbiət gəzintiləri və qış idmanı da çılpaq şəkildə olunur.



7. Englischer Garten, Münhen, Almaniya
Munhendə İngilis Bağçası adı verilən parkda özünü günəşə verən bir çox paltarsız qadın görə bilərsiniz. Almaniyada çılpaq gəzməyə qanunla icazə verilən 6 yerdən biridir.



8. Maslin Sahili Maslin, Avstraliya
Əvvəllər çılpaqlar olimpiadaları kimi tanınan Maslin sahilində 1983-cü ildən bura 500dən çox iştirakçının qatıldığı çimərlik voleybolu, qaçış yarışmaları keçirilir. Bunların arasında gözəllik yarışmaları da var.



9. ABŞ, Strawberry Park

Rocky dağlarının təpəsində yer alan təbii suların çıxdığı bu məkan da çılpaqıarın yığışdığı yerdir. Bundan əlavə ancaq isti havalarda deyil, qışın qarında da bu məkanda çılpaq gəzənləri görə bilərsiniz.



10. Kanada, Prior Gölü
Prior gölü də 1960-cı illərdən bəri çılpaqların yığışdığı məkandır. Sıx ağac və gözdən uzaqda yerləşməsi bu məkanı çılpaqlar üçün Cənnətə çevirib.



AzNews.az