Fevralın 3-də Prezident İlham Əliyevin iştirakı ilə "Gülüstan" sarayında Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsi üzrə son sənədlərin təntənəli imzalanma mərasimi keçirilib Fevralın 3-də Prezident İlham Əliyevin iştirakı ilə "Gülüstan" sarayında Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsi üzrə son sənədlərin təntənəli imzalanma mərasimi keçirilib

Tarixdə bu gün: Bakıda tramvay nəqliyyatı işə salınıb

Fevralın 3-də Prezident İlham Əliyevin iştirakı ilə "Gülüstan" sarayında Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsi üzrə son sənədlərin təntənəli imzalanma mərasimi keçirilib

, ABŞ və Almaniya arasında diplomatik münasibətlər kəsilib, Yasir Ərəfat Fələstin Azadlıq Təşkilatının rəhbəri seçilib, Bakıda isə tramvay nəqliyyatı işə salınıb.

1488 — Portuqaliyalı səyyah Bartolomeu Diaş Afrikanın ən cənub nöqtəsi olan Ümid burnuna çatıb.
1815 — İsveçrədə dünyada ilk pendir zavodu qurulub.
1917 — Atlantik okeanında "Lusitania" sərnişin gəmisinin batırılmasından sonra ABŞ Almaniya ilə diplomatik münasibətləri kəsilib.
1924 — Bakıda tramvay nəqliyyatı işə salınıb.

Azərbaycanda polad relslər üzərində ilk nəqliyyat 1883-cü il mayın 8-də Bakı-Tiflis dəmir yolunun işə salınması ilə faəliyyətə başlayıb 1899-cu ildə Bakıda ilk konka işləyib. 1923-cü ildə elektrik tramvay xətti çəkilməsinə star verilir və 1924-cü il fevralın əvvəlində (bəzi mənbələrə görə, fevralın 8-də) istismara verilir. 1926-cı ildə SSRİ-də ilk elektrik dəmir yolu xətti də Bakıda (Bakı-Sabunçu elektrik qatarı) işə salınıb. 2002-ci ildə Bakıda tramvay nəqliyyatı ləğv olunub.

1966 — Sovet "Luna 9" kosmik aparatı Ay səthinə uğurlu eniş edib.
1969 — Yasir Ərəfat Fələstin Azadlıq Təşkilatının rəhbəri seçilib.
1994 — Rusiya və Gürcüstan arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb.
1995 – Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycanın təşkilatda "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Azərbaycan Avropa Şurasına 1992-ci ildə müraciət edib, 1994-cü ildə AŞPA üç Cənubi Qafqaz respublikasının müraciətinə baxılması barədə 1247 saylı tövsiyə qərar qəbul edib. AŞPA Bürosu 1996-cı ilin iyununda Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusu verib.

2004 – Prezident İlham Əliyevin iştirakı ilə "Gülüstan" sarayında Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsi üzrə son sənədlərin təntənəli imzalanma mərasimi keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin, BTC-nin kreditorlar qrupunun nümayəndələri tərəfindən imzalanan maliyyələşmə paketi 78 müxtəlif tərəfin 17 mindən artıq imzası olan 208 maliyyə sənədindən ibarət olub.