- Köhnə - Maraqlı
- 6 Fevral 2015 16:46
- 10 897
Çoban qızıl külçə tapdı - 255 min dollar dəyərində
Çinin Sinçzyan-Uyğur muxtar rayonunda bir çoban, milliyətcə qazax olan Berek Savut qızıl külçə tapıb.
AZNEWS.AZ xəbər verir ki, çəkisi 7.85 kiloqram, uzunluğu 23 santimetr olan külçənin qiyməti 255 min dollar dəyərləndirilib.
Külçənin Çinin Monqolustanla sərhədində tapıldığı deyilir.
Sinxua agentliyi yazır ki, bu tapıntının çobanda qalıb-qalmaması haqda bilgi verilmir.