- Köhnə - Maraqlı
- 10 Fevral 2015 15:50
- 6 416
Kosmosdan ilk “selfi” - FOTOLAR
NASA-nın nadir şəkillərdən ibarət kolleksiyası satışa çıxarılacaq.
AzNews.az xəbər verir ki, satış fevralın 26-da Londonun Dreweatts & Bloomsbury hərrac evində baş tutacaq.
800 ədəd şəkillərin əksəriyyəti hələ bu vaxta kimi heç yerdə nümayiş olunmayıb və Amerikanın "qızıl kosmos dövrü"nü əhatə edir.
Şəkillərin bir çoxu keyfiyyətsiz olduğundan kağız üzərində çap olunub və başlanğıc qiymətləri 200-5000 funt sterlinq arasında dəyişir.
Satışa çıxarılan şəkillər arasında ən çox diqqət çəkənləri isə kosmosdan edilmiş ilk selfidir.
Hərraca qoyulacaq nadir çəkilişləri təqdim edirik: