Tarixdə bu gün: 11 fevral Tarixdə bu gün: 11 fevral

General Rail Rzayev bu gün Bakıda qətlə yetirilib – 6 il əvvəl

Tarixdə bu gün: 11 fevral



Tarixdə bu gün fevralın 11-də Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücümundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail Rzayev Bakıda qətlə yetirilib, erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal ediblər, Rusiya imperiyasının Tehrandakı səfiri, şair Aleksandr Qriboyedov qətlə yetirilib, Rusiya Xarici İşlər Kollegiyası işğal olunan Xəzərətrafı ərazilərdə erməni əhalisinin yerləşdirilməsi barədə fərman verib, Fridrix Ebertin Almaniya prezidenti seçilib, ABŞ senatının ilk sessiyası keçirilib.

1725 – Rusiya Xarici İşlər Kollegiyası işğal olunmuş Xəzərətrafı ərazilərdə erməni əhalisinin yerləşdirilməsi barədə fərman verib. Bu, çar Rusiyasının ermənilər vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək siyasətinin ilk praktik addımı idi. XVIII əsrin əvvəlində Azərbaycanın Xəzərboyu ərazilərini müvəqqəti ələ keçirən çar I Pyotr sələflərinə məhz bu siyasəti vəsiyyət etmişdi.

1829 – Rusiya imperiyasının Tehrandakı səfiri, şair Aleksandr Qriboyedov qətlə yetirilib. Türkmənçay müqaviləsindən sonra İrandan erməni əhalisinin Azərbaycan torpaqlarına köçürülməsində iştirak edən Qriboyedov həmin müqavilənin birinci ildönümündə bir qrup dindarın Rusiya səfirliyinə basqını zamanı öldürülmüşdü. Bu hadisədən sonra İran şahı Rusiya ilə münasibətləri sahmanlamaq üçün üzrxahlıq olaraq Peterburqa böyük miqdarda qızıl və daş-qaş göndərib.

1794 — ABŞ senatının ilk sessiyası keçirilib.

1873 — Kral I Amadeo İspaniyadan imtina edib.

1914 – Xalq artisti Rəmziyyə Veysəlova (1914-1993) Bakıda anadan olub. Uzun illər (1935 ildən etibarən) Gəncə Dram Teatrının aktrisası olub. 1993-cü il avqustun 22-də Gəncədə vəfat edib.

1919 — Fridrix Ebert Almaniya prezidenti seçilib.

1968 — İsrail-İordaniya sərhəddində qarşıdurma baş verib.

1981 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani vəfat edib. Möhsün Sənani 1900-cü il iyunun 19-da Tiflisdə anadan olmuşdu.

1987 — Filippin Konstitusiyası qüvvəyə minib.

1992 — Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurub.

1992 – Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal ediblər.

2000 — Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurub.

2000 - Prezident Heydər Əliyev Baş Dövlәt Vergi Müfәttişliyinin lәğv edilməsi, onun bazasında Vergilәr Nazirliyinin yaradılması barədə fərman verib. 11 fevral Azərbaycan vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

2004 – Prezident İlham Əliyev "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" fərman imzalayıb. Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın bölgələrinin iqtisadi mənzərəsi köklü şəkildə yaxşılaşıb, geniş aqrar-sənaye, sosial, energetika və kommunikasiya infrastrukturu yaranıb, 700 mindən çox yeni iş yerləri açılıb.

2009 – Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücümundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail Rzayev Bakıda (səhər xidməti avtomaşınında işə gedərkən) qətlə yetirilib. Rail Qurban oğlu Rzayev 1945-ci il martın 10-da Bakıda dünyaya gəlib. 1993-cü ildən Azərbaycan müdafiə nazirinin müavini, Hava Hücümundan Müdafiə Qoşunlarının komandanı olub.