Kosta Rikada gənclərin hücumu nəticəsində üst dimdiyi qırılan Tukan quşuna düzəldilmə dimdik taxılacaq. Kosta Rikada gənclərin hücumu nəticəsində üst dimdiyi qırılan Tukan quşuna düzəldilmə dimdik taxılacaq.

Quşun dimdiyi qırıldı, minlərlə insan pul topladı

Kosta Rikada gənclərin hücumu nəticəsində üst dimdiyi qırılan Tukan quşuna düzəldilmə dimdik taxılacaq.



Aznews.az xəbər verir ki, dimdiyi qırılmış quşun şəkilləri sosial mediada və qəzetlərdə yayılmağa başladığı andan məsələyə reaksiyalar verilməyə başlayıb. Quşa kömək etmək üçün başladılan yardım kampaniyasına minlərlə insan pul köçürüb.

4 dünya şirkəti könüllü şəkildə belə bir protez istehsal edə biləcəyini bəyan edib. Quşa əvvəlcə yemək yeməsinə kömək etmək üçün müvəqqəti dimdik taxılacaq.
Ömürlük dimdik üçün isə Tukan quşlarının dimdikləri haqda məlumat toplanmağa başlanıb.

Şirkətlərdən birinin sahibi quşun böyüməkdə olduğunu, buna görə də bir tərəfi sabit, digər tərəfi isə hərəkətdə olan, çıxarılması və yenilənməsi mümkün olan protez istehsal edəcəklərini deyib.

Dimdiyin çıxmaması və zədələnməməsi üçün isə onun dayanıqlı olmasının vacibliyini vurğulayan mütəxəssis hələki hansı maddələrdən istifadə edəcəklərini araşdırdıqlarını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Amerikada qartal və pinqvin üçün də protez dimdik düzəldilib.

Nigar
AzNews.az