Çinli Jenq Yuşan az rast gəlinən xəstəliyə görə heç vaxt qocalmayacaq. Çinli Jenq Yuşan az rast gəlinən xəstəliyə görə heç vaxt qocalmayacaq.

Bu qız heç vaxt qocalmayacaq – FOTOLAR

Çinli Jenq Yuşan az rast gəlinən xəstəliyə görə heç vaxt qocalmayacaq.



AZNEWS.AZ xəbər verir ki, hazırda 20 yaşı olan qızcığaz 7 yaşlı uşaq kimi görsənir.

Onun 7 yaşı olanda həkimlər onda qipofiz şişi aşkar ediblər. Bu şişdən sonra qızın bədənində hormon çatışmazlığı yaranıb və onun boyu artmayıb.


Oksford universitetinin endokrinoloqu Eşli Qrossman deyib ki, bu xəstəlik az rast gəlinəndir: "Bəziləri deyir ki, belə insanlar digərlərindən fərqli olaraq daha çox yaşayırlar. Əslində bu öz sübutunu tapmayıb. Müalicə almasa, Jenq heç vaxt yaşlanmayacaq və balaca qız kimi qalacaq. Problem isə bundadır ki, Çində belə xəstələr öz hesablarına müalicə edilirlər. Bu isə hər adamın cibninə uyğun deyil".

Jenqin valideynləri uşağın müalicəsi üçün pul tapa bilmədiklərinə görə aralanıblar. Uşaq isə atası ilə qalıb. Atada isə sonradan xərçəng xəstəliyi aşkar edilib. Onlar ölkənin bir çox şəhərlərində dilənçilik ediblər. Uşaq isə məktəbə getməyib.

2013-cü ildə Jenqin atası mədəsindəki xərçəng xəstəliyinə görə dünyasını dəyişib. Qız isə tək qaldığından yenə də dilənçilik etməklə məşğul olub.

Onu isə bu yaxınlarda bir cütlük öz evinə aparıb və qızı kimi saxlamağa başlayıb. Jenqin yeni atası Quo Lyu deyib ki, onlar uşağı görəndə ilk anda anlaya bilməyiblər ki, o, oğlandır, yoxsa qız.

Hazırda Jenq bu ailənin köməkliyilə müalicə alır, ancaq yenə də ona yalnız 8 yaş vermək olur. Onun düşüncəsi isə 6 yaşlı uşaqda olduğu kimi qalıb.

Jenq isə artıq məktəbə getməyə hazırlaşır, ancaq onun real yaşına görə bu, mümkünsüz hesab edilir.
image description image description