Böyük Britaniyanın Baş naziri David Kamerona gündəlik geyinmək üçün palları onun həyat yoldaşı Samanta alır. Böyük Britaniyanın Baş naziri David Kamerona gündəlik geyinmək üçün palları onun həyat yoldaşı Samanta alır.

David Kamerondan etiraf - Paltarlarımı o alır

Böyük Britaniyanın Baş naziri David Kamerona gündəlik geyinmək üçün palları onun həyat yoldaşı Samanta alır.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "The Daily Mail" qəzeti yayıb.

Məlumatda deyilir ki, son illər yay tətilində Kameron geyindiyi göy rəngli köynəyinə görə tənqid edilib.

Baş nazir, həmçinin corabsız ayaqqabı geyindiyinə görə də tənqid atəşinə tutulub.

David Kameron "Woman and Home" jurnalına müsahibə verərkən etiraf edib ki, onu paltarın çeşidi maraqlandırmır və həyat yoldaşı nə verirsə, onu da geyinir: "Bilirəm ki, Samantanın yaxşı zövqü var. Bu baxımdan ona inanıram, nə məsləhət görürsə, geyinirəm. Mən paltar almaq üçün "Marks & Spencer" və "Gap" mağazalarına gedirəm. Orda da mənə hər şeyi geyim otağının qarşısında verirlər. Bu isə sanki zooparkda heyvanların yemlənməsinə bənzəyir".

Qeyd edək ki, Baş nazirin bu jurnala verdiyi müsahibə aprel ayında işıq üzü görəcək.