- Köhnə - Maraqlı
- 26 Fevral 2015 16:13
- 6 971
Tibbdə şok yenilik - İnsan başı transplantasiya ediləcək
İtaliyalı neyrocərrah Serxio Kanavero bəyan edib ki, 2017-ci ildə insan başının ilk transplantasiyasını həyata keçirə biləcək.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, onun metodu bir meymunun başının digərinin bədəninə artıq uğurla köçürdüyü əməliyyatına əsaslanır.
Meymun yeni başı ilə 9 gün yaşayıb, lakin onun immun sistemi yad orqandan imtina edib.
S.Kanavero müasir tibbdə sıçrayış ola biləcək layihənin təfərrüatlarını ABŞ-da keçiriləcək konfransda təqdim edəcək.
O əmindir ki, pasiyent özünə gəldikdən sonra öz üzünü hiss edəcək və təqribən 1 il ərzində yenidən yeriyə biləcək.