Messi ata oldu

Dünyanın ən yaxşı futbolçusu sayılan, İspaniyanın "Barselona" klubunun və Argentina yığma komandasının hücumçusu Lionel Messi ata olub. Körpəyə Tyaqo adı verilib.

İyunun 2-də 2014 dünya çempionatının seçmə oyunları çərçivəsində Argentina və Ekvador yığımaları arasında keçirilən görüş zamanı Messi vurduğu qolun sevincini topu futbolkasının altında gizlətməklə qeyd etmişdi. O vaxtı arvadı Antonella özünün Tvitter səhifəsində bildirmişdi ki, 3 aydan sonra ana olacaq.

Xatırladaq ki, 2008-cildə Olimpiya birincisi olan Messi komandası ilə birgə 5 dəfə İspaniya çempionu adına layiq görülüb. Argentinalı ulduz futbolçu həmçinin 2009-cu ildə FİFA-nın "Brilyant top" və digər mükafatlara sahib çıxıb.

AzNews.az