Bu gün Daşkəsənin əsası qoyulub – 67 il öncə

Tarixdə bu gün: 16 mart



Tarixdə bu gün martın 16-da Rusiya ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi bağlanıb. Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənib və Türkiyə onun qarantı kimi çıxış edib.

1839 - Fransız şairi, ədəbiyyat üzrə ilk Nobel mükafatı (1901) laureatı Rene Sülli-Prüdom (Rene François Armand (Sully) Prudhomme, 1839-1907) anadan olub.

1859 - Rus fiziki, radionun ilk ixtiraçısı (7 may 1895) sayılan Aleksandr Stepanoviç Popov (1859-1906) anadan olub.

1884 - Rus yazıçısı, sovet ədəbiyyatında elmi fantastikanın banisi Aleksandr Romanoviç Belyayevin (1884-1942) doğum günüdür. "Amfibiya-adam", "Ariel" və s. əsərlərin müəllifidir.

1890 - Yəhudi əsilli məşhur sovet teatr rejissoru, aktyor Solomon Mixayloviç Mixoels (Vovsi) (1890-1948) anadan olub.

1920 - SSRİ Xalq artisti, tanınmış rejissor Mixail Abramoviç Şveyser (1920-2000) anadan olub. Klassik rus ədəbiyyatının bir çox əsərlərini ("Dirilmə", L.Tolstoy, "Ölü canlar", N.Qoqol, "Qızıl buzov", İlf-Petrov) ekranlaşdırıb.

1921 - Rusiya ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi bağlanıb. Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənib və Türkiyə onun qarantı kimi çıxış edib. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalanıb.

1935 - Rusiyanın Xalq artisti, aktyor Sergey Yuryeviç Yurski anadan olub. "Azərbaycanflim"in istehsalı olan "Dərviş Parisi partladır" (müsyö Jordan), "Şir evdən getdi" (ovçu), "Qorxma, mən səninləyəm" (pristav) flimlərində çəkilib.

1940 - Məşhur cazmen, pianoçu, bəstəkar Vaqif Əziz oğlu Mustafazadə (1940 - 16.12.1979) anadan olub.

1940 - Məşhur italyan kinorejissoru, dramaturq Bernardo Bertoluççi (Bernardo Bertolucci) anadan olub.

1948 - Azərbaycanın qərbində "metallurqlar şəhəri" Daşkəsənin əsası qoyulub. Daşkəsən bölgədə dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar olaraq salınıb. 1956-cı ildən şəhərin daxil olduğu Dəstəfur rayonunun adı dəyişdirilərək Daşkəsən rayonu adlandırılıb.

1992 - Azərbaycanın Müdafiə Nazirliyində rəhbər dəyişiklikləri davam edib. Prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədovun sərəncamı ilə Şuşanın hərbi komendantı Rəhim Qazıyev müdafiə naziri təyin edilib.

1995 - Prezident Heydər Əliyev XTPD qiyamını dinc yolla aradan qaldırmaq üçün daha bir addım ataraq qiyamçıların silahı könüllü təhvil verəcəkləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunmayacaqları barədə fərman imzalayıb.

2006 - Bakıda dünya azərbaycanlılarının II qurultayı keçirilib. Forumda 49 ölkədən azərbaycanlı diaspor təşkilatlarının 600-dən çox nümayəndəsi, 300-dək qonaq iştirak edib. Qurultay dünya azərbaycanlılarına, Azərbaycan və Türk diaspor təşkilatlarına, Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə müraciətlər qəbul edib.