18 milyard sərvəti olan ərəb şeyxi Bakıya niyə gəlib?- FOTOLAR

Martın 23-dən etibarən Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Bakıda səfərdədir.



AzNews.az oxu.az-a istinadən xəbər verir ki, şahzadə tək gəlməyib onunla birgə 10-15 qohumu paytaxta səfər edib.

İlk gün şahzadə Bakının görkəmli yerlərini ziyarət edib, şəkillər çəkdirib. Dubay şahzadəsi paytaxtın ən bahalı otellərindən birində gecələyib.

Ertəsi gün o Azərbaycanın rayonlarına səfər etməyə başlayıb. Şahzadə səfərinin məqsədini də gizlətməyib. O sosial şəbəkələrdə bildirib ki, dostları ilə Bakıdan kənara ova çıxıb.

Qeyd edək ki, bir müddət öncə ərəb zənginləri üç həftəyə yaxın Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsində ova gəlmişdilər. Onların arasında keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olub. Ərəblər iki 6 təkərli "Gelandewagen", "Range Rover Cabrio" və daha 8 yolsuzluq avtomobilini Bakıya Dubay aviareysi ilə gətirmişdilər.

Ərəb şeyxləri Azərbaycana şahin quşları ilə elə yerli şahin quşlarını ovlamaq, necə deyərlər, "quşu quşla tutmaq" üçün gəlibmiş.

Məlumata görə, ərəb şeyxləri ov zamanı Saatlı rayonu ərazisində, elə Mil düzündə çadırlar quraraq orada qalıblar. Yerli təbiət və sadə kənd adamları zəngin ərəblərə o dərəcədə xoş təsir bağışlayıb ki, onlar burada hətta torpaq sahəsi almaq fikrində olduqlarını da dilə gətiriblər.

Xatırladaq ki, Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid boş vaxtlarında Fazza ləqəbi ilə şerlər yazır. Gənc oğlanın sərvətinin ölçüsü isə 18 milyard dollara bərabərdir.
image description image description image description image description image description image description image description image description image description image description image description