Bayram boyunca qəbul edilən yüksək kalorili şəkərbura, paxlava və qoğaldan sonra çəkini stabil saxlamaq qeyri-mümkündür. Bayram boyunca qəbul edilən yüksək kalorili şəkərbura, paxlava və qoğaldan sonra çəkini stabil saxlamaq qeyri-mümkündür.

Bayramda kökələnlərin nəzərinə: Pəhrizə ehtiyac yoxdur

Bayram boyunca qəbul edilən yüksək kalorili şəkərbura, paxlava və qoğaldan sonra çəkini stabil saxlamaq qeyri-mümkündür.

Bəs Novruz tətilində yığılmış artıq çəkidən necə azad olmaq olar?

Bu barədə AzNews.az-a danışan dietoloq Leyla Zülfüqarova 1 həftəyə alınmış 3-4 kilo çəkidən tez bir müddətdə azad olmağın mümkün olduğunu deyir. Onun sözlərinə görə, artıq çəkidən azad olmaq üçün ilk növbədə orqanizmi toksinlərdən və şlaklardan azad etmək lazımdır:
"Bunun üçün həftədə iki dəfə detoks etmək lazımdır. Yəni gün boyu eyni tərkibli şorba yemək, yaxud detoks salat və ya meyvə salatı qəbul edilməlidir. Bu detoksikaz proqramı adlanır. Bayram günləri çox qarışıq qidalardan istifadə etdiyimiz üçün bədəndə kökəlmə, yağlanma baş verir. Bu proqramla o yağları əritmək mümkündür".

L. Zülfüqarova pəhriz saxlamağın əleyhinə olduğunu bildirib:
"Pəhriz 1 həftə, 1 ay olmamalıdır. Pəhrizi həyat tərzinə çevirmək lazımdır. İnsanlar dieta deyəndə yağsız, duzsuz qidalanma başa düşürlər. Amma belə deyil. İnsan hər şeydən yeyə bilər. Amma qidaların qəbul olunma ardıcıllığı var ki, ona əməl olunarsa, artıq çəki problemi də yaranmaz".