1 Aprel üçün mükəmməl 15 zarafat

Onların hamsı rahat əldə edə biləcəyiniz əşyalardandı.
1 Apreldə yaxınlarınız, dostlarınız və iş yoldaşlarınız ilə ürəyinizcə olan zarafat etmək istəyirsinizsə, buna əvvəlcədən hazırlaşmaq lazımdır. AzNews.az sizə ən yaxşı 1 Aprel zarafatlarını təqdim edir. Bu zarafatlar sizin tam "qələbə"nizi təmin edəcək.

Hazırıqlara sübh tezdən başlamaq olar.

Tikilmiş corab



Səhər yuxudan durub əlini corablarına atanda sizin "qurbanınız" sarsılacaq. Bunun üçün bir neçə cüt corabı götürün. Hər cütdə bir tay corabı ortadan tikin. Bu andan oyun başlayır.

Plastik fincanların yüksəlişi



Sizin evin sakinləri ən azından otaqdan çıxa bilmək üçün kifayət qədər əziyyət çəkməli olacaqlar.

Rənglənmiş su



Bunun üçün iki üsul var. Birinci üsulla siz asanlıqla su ayırıcısını maye halındakı boya ilə rəngləyə bilərsiniz. Digər üsul isə çətin, amma bir o qədər də səmərəli olanıdır. Kranın su ayrıcısını burub açırsız, arasına həb halında qida boyasını yerləşdirirsiniz. Effekt daha uzun müddətli olacaq. Qorxulu təsir yaratmaq istəyirsinizsə, qırmızı rəng boyanı seçə bilərsiniz.

"Sınmış şampun"



"Niyə mən şampunum tökülmür?" Ona görə ki, qapağın altında selafon tıxac var.

Sabun da!



Klassik , amma 1 Aprel üçün çox lazımlı olan vasitə: sabunun köpüklənməməsi üçün üzərini şəffaf dırnaq boyası ilə örtmək lazımdır.

Soyuducu gözlərini sənə dikir



Bunun üçün soyuducunuzda olan bütün məhsullara göz düzəltməyiniz kifayət edir. Nəticədə soyuducu ev sakinlərinizi gözəl "gözlərilə" qarşılayacaq.

Şirə stəkanı



Bu stəkanlardan heç kim şirə içə bilməyəcək. Çünki o jeledən hazırlanıb.

Bişmiş yumurta



Onun da öz sirri var. Yumurtanın ağının əvəzinə yoqurt, sarısının əvəzinə konservləşdirilmiş yarım ərik.

Soyuducunuzu "bəzəyin"



Çap olunmuş üz rəsmi və su ilə dolu banka – bu zarafat əsəbi zəif olan insanlar üçün deyil.

Buzlu kola?



Sınanmış vasitə- suda dondurulmuş Mentos konfetləri. Həmişə işə yarayır!

Yağlı dezodorant



Öncədən dezodorantı kərə yağı və ya donmuş krem ilə əvəz etməyi unutmayın.

Batereyalar işləmir?



Pultda uzaq məsafədən idarə etmə sensorunun üzərini yapışdırın. Televizoru izləmək istəyənlər böyük problemlə üzləşəcəklər.

Siçan işləmir



Siçanın sensorunu bir parça kağız və skoçla bağlayın.

İşdə istirahət



Real pişik fanatları bu zarafatını qiymətləndirəcəklər.

Hazırdır! Sizin 1 Apreliniz alındı!

Aydan
AzNews.az