- Köhnə - Maraqlı
- 4 Aprel 2015 09:13
- 5 783
Bu gün NATO yaranıb – 66 il öncə
Tarixdə bu gün: 4 aprel
Tarixdə bu gün aprelin 4-də Amerikalı hüquq müdafiəçisi Martin Lüter Kinq Memfisdə qətlə yetirilib.
1814 - Napoleon ilk dəfə taxtdan əl çəkib.
1866 - İnqilabçı-terrorçu Dmitri Karakozov çar II Aleksandra atəş açsa da, güllələr hədəfdən yayınıb.
1913 - Görkəmli aktyor, Xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 - 6.1.1988) anadan olub.
1920 - Xalq artisti, tarzən Hacı Məmmədov (1920-1981) anadan olub.
1935 - Xalq artisti Muxtar Maniyev Bakıda doğulub. 50-dən çox filmdə ("İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim", "Nəsimi" və s.) maraqlı obrazlar yaradıb.
1949 - NATO (Şimali Atlantika Müqaviləsi) təşkil edilib. NATO - sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır.
1968 - Amerikalı hüquq müdafiəçisi Martin Lüter Kinq Memfisdə qətlə yetirilib.
1992 - Azərbaycanla Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanıb. Şimal qonşumuz Azərbaycanın müstəqilliyini bir çox ölkələrdən sonra tanımışdı. Rusiya ölkəmizlə diplomatik əlaqə qurmuş 32-ci ölkə oldu.
1992 - Azərbaycan Misir Ərəb Respublikası ilə də diplomatik əlaqələr yaradıb.
1997 - Milli Məclis Rusiyanın Ermənistana gizli silah satışı ilə bağlı prezident Boris Yeltsinə, Dövlət Dumasının sədri Gennadi Seleznyova və Federasiya Şurasının sədri Yeqor Stroyevə müraciət edərək məsələyə aydınlıq gətirilməsini tələb edib. Azərbaycan parlamentinin nümayəndə heyəti məsələni müzakirə etmək üçün Moskvaya gedib.