- Köhnə - Maraqlı
- 5 Aprel 2015 12:18
- 8 873
İnsanların ən çox gördüyü yuxular və onların yozumu
Yatanda bir çox yuxular görürük. Ancaq bəzi yuxular var ki, onu hamı təkrarən görür. Bunun səbəbi nədir?
AzNews.az ən çox görülən yuxulardan bir neçəsini təqdim edir.
Hər bir insan gördüyü yuxunun izahını və mənasını görmək məqsədi ilə oyananda ilk öncə onun açıqlaması haqda düşünür. Elə yuxular var ki, dünyadakı bütün insanların çoxu tez-tez eyni yuxunu görür.
Belə yuxular arasında üstünlük təşkil edən insanların yuxuda qaçırılmasıdır. Bu da yarımçıq qalan bir işə işarədir.
Yuxuda ölmək insanın ömrünün uzanacağı deməkdir, həm də onun sevinəcəyi haqda bir xəbər almasıdır.
Yuxuda arı görmək bərəkət, müvəffəqiyyət və xoşbəxtlik deməkdir.
Su görmək isə zəhmət və səylərin qarşılığını ən yaxşı halda alacağına bir işarədir.