- Köhnə - Maraqlı
- 11 Aprel 2015 09:30
- 10 371
Eynşteyn nisbilik nəzəriyyəsini açıqlayıb – 110 il öncə
Tarixdə bu gün: 11 aprel
Tarixdə bu gün aprelin 11-də növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində türk qoşunları İrəvan qalasını geri alıblar. İrəvan qalası 1604-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1603-1612) zamanı I şah Abbas tərəfindən tutulub və İrəvanın idarəçiliyi Əmirgün xan Qacara verilib.
1635 – Növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində türk qoşunları İrəvan qalasını geri alıblar. İrəvan qalası 1604-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1603-1612) zamanı I şah Abbas tərəfindən tutulub və İrəvanın idarəçiliyi Əmirgün xan Qacara verilib. Sonrakı iki əsrdə İrəvan bölgəsi (xanlığı) daha bir neçə dəfə Səfəvilərlə Osmanlılar arasında əldən-ələ keçib. 1827-ci ildə İrəvan xanlığı çar Rusiyası tərəfindən işğal edilərək tədricən ermənilərin nəzarətinə verilməyə başlanılıb.
1840 – Çar I Nikolay "Cənubi Qafqaz diyarının idarəsi üçün təsisatlar haqqında" qanun imzalayıb. Qanuna əsasən, Rusiyaya birləşdirilmiş Azərbaycan bölgələrində hərbi komendantlıq idarəsi ləğv olunub və 1841-ci ildən Ümumrusiya idarə sistemi tətbiq edilib.
1854 - Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 - 9.7.1926) Şuşada anadan olub. Bəzi mənbələrdə ədibin doğum günü kimi 2, 7 aprel də göstərilir. "Müsibəti-Fəxrəddin" dramı ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. "Ev tərbiyəsinin bir şəkli", "Yağışdan çıxdıq, yağmura düşdük" və s. komediyaların müəllifidir.
1888 - İtalyan kinosunun ulduzlarından Françeska (Francesca) Bertini (əsl adı - Elena Seracini Vitiello, 1888-1985) anadan olub.
1894 - Məşhur sirk ustası, illüzionist, Rusiyanın Xalq artisti Emil Kio (Qirşfeld-Renard; 1894-1965) anadan olub.
1905 - Albert Eynşteyn nisbilik nəzəriyyəsini açıqlayıb. Albert Eynşteyn (14 mart 1879 — 18 aprel 1955) — nəzəriyəçi fizik, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatıdır. Almaniyada (1879—1893, 1914—1933), İsveçrədə (1893—1914) və ABŞ-da yaşayıb (1933—1955). Dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü (1926) olub.
1914 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 1914 - 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. "Şimal küləyi", "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Dəniz həmişə göy olmur", "Madam Qədri" və s. roman və povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.
1914 - Kanada kinorejissoru və rəssamı, məşhur multiplikator, "Oskar" mükafatı laureatı Norman MakLaren (1914-1987) anadan olub.
1919 - Sinqapur müstəqilliyini elan edib.
1944 - Amerika ssenaristi Con (John) Milius anadan olub. "Apokalipsis bu gün", "Konan-barbar", "Qırmızı sübh" və s. filmlərin ssenarisini yazıb.
1979 - Uqanda diktatoru İdi Amin hakimiyyətdən devrilir.
2002 – Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında hərbi əməkdaşlıq barədə protokol imzalanıb. İki ölkənin müdafiə nazirlərinin (Səfər Əbiyev-David Tevzadze) tərəfindən imzalanan sənəd regional təhlükəsizlik, terrorizm və separatizmlə birgə mübarizə və ordu quruculuğunda əməkdaşlıq məsələlərini əhətə edib.
2006 - Mahmud Əhmədinəjad elan edir ki, İran uranı müvəffəqiyyətlə zənginləşdirib.