Angele Merkeli lüt qarşıladılar - FOTO

Almaniya kansleri Angele Merkeli Afinada gül-çiçəklə yox lüt və Svastika ilə qarşılayıblar.

AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, 50 mindən çox afinalı küçələrə axışıb. Onlar kansleri təhqir edən plakatlar tutublar. Almaniyanın bayrağını yandırıblar, əllərində nasizmin rəmzi olan svastika tutublar.

Bəzi aksiyaçılar isə hətta soyunub. Avropa mətbuatı isə xəbəri manşetlərinə çıxarıblar. Verilən məlumata görə, Polislə aksiyaçılar arasında qarşıdurma yaşanıb. Saxlanılanlar var.

Qeyd edək ki, iqtisadi böhran və işsizliklə üzləşən Yunanıstana Almaniya kansleri kömək etmək fikrində deyil və o, məsələ ilə bağlı ən sərt mövqe tutanlardan hesab olunur.

Sadiq Musa
AzNews.az
image description image description