Rəqibinə təpik atan Ronaldinyo cəzalandırıldı - VİDEO



Braziliyanın "Atletiko Mineyro" klubunun hücumçusu Ronaldinyo Qauşo bir oyunluq diskvalifikasiya edilib (168.az). İnsident Braziliya çempionatında "Qremio" klubuna qarşı keçirilən görüşdə baş verib.

Epizodların birində Ronaldinyo rəqibi Kleberunu ayağı ilə sinəsindən vurub. Amma hakim buna görə hücumçunu cəzalandırmayıb. Daha sonra epizodu diqqətlə izləyən nizam-intizam komissiyası futbolçunu bir oyunluq cəzalandırmaq qərarına gəlib. Onu da qeyd edək ki, 2 illik fasilədən sonra Ronaldinyo yenidən Braziliya yığmasına dəvət alıb.



AzNews.az