Tunisdə dünyanın ən böyük dövlət bayrağı hazırlanıb. Tunisdə dünyanın ən böyük dövlət bayrağı hazırlanıb.

Dünyanın ən böyük dövlət bayrağı hazırlandı - Tunisdə

Tunisdə dünyanın ən böyük dövlət bayrağı hazırlanıb.


AZNEWS.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, 19 futbol meydançası boyda olan nəhəng bayrağı nümayiş etdirmək üçün xüsusi olaraq Tunis şəhərinin cənubundakı Ong Jmel səhrası seçilib.

Bu münasibətlə keçirilən tədbirə minlərlə tunisli və xarici turist qatılıb. Ağ və qırmızı rəngli bayrağın ümumi sahəsi 104.544 kvadratmetrdir.

Bayraq 80 kilometrlik parçadan hazırlanıb, ümumi çəkisi 12,6 tondur.
Tunislilər dövlət bayraqlarının Ginnesin Rekordlar kitabına düşəcəyinə əmindirlər.