Müasir Azərbaycanın qurucusu, mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Xırdalanda yerləşən “Makromart” Supermarketində geniş qeyd olunub. Müasir Azərbaycanın qurucusu, mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Xırdalanda yerləşən “Makromart” Supermarketində geniş qeyd olunub.

“Makromart” xeyriyyə tədbiri keçirdi (FOTO)

Müasir Azərbaycanın qurucusu, mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Xırdalanda yerləşən “Makromart” Supermarketində geniş qeyd olunub.

"Makromart" rəhbərliyinin təşəbbüsü ilə Xırdalan şəhərində yaşayan Böyük Vətən Müharibəsi və Qarabağ savaşı veteranlarına, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə "Bayram sovqatı" təqdim edilib.

Tədbirdə bildirilib ki, daim yüksək keyfiyyət, bol çeşid və sərfəli qiyməti ilə Xırdalanda N:1 olan "Makromart"ın bu aksiyası xırdalanlılar tərəfindən yüksək coşqu və sevgi ilə qarşılanıb. Üzərində ulu öndərin şəkli olan xüsusi qablarda paylanılan hədiyyələr tədbirdə ayrı bir həyəcan yaradıb.

Çıxış edən "Makromart Xırdalan"ın nümayəndəsi Cavid Əliyev bildirib: "Bu gün Azərbaycanda rahat bir şəkildə çalışmaq, inkişaf etmək şansını əldə etmişiksə, bu Ulu Öndərimiz Heydər Əliyevin müdrik daxili və xarici siyasətin bəhrəsidir. Biz sevinir ki, bu gün həmin siyasətcənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Danılmaz həqiqətdir ki, müasir müstəqil Azərbaycanın dinamik inkişafının əsasının qoyulması, sarsılmaz ictimai-siyasi sabitliyin, milli həmrəyliyin təmin olunması məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. "Makromart Xırdalan" yarandığı gündən etibarən, Ulu Öndərimizin ideyalarını daim başlıca meyar olaraq seçib və qayğıya ehtiyacı olan hər bir vətəndaşımıza yardım etməyi özümüzə borc bilirik".

C.Əliyev sonda qeyd edib ki, bu mövzuda bundan sonra da davamlı olaraq aksiyalar keçirəcəklər.