Avropa kralları və şahzadələri toya hazırlaşır Avropa kralları və şahzadələri toya hazırlaşır

Avropada daha bir şahzadə toyu

Avropa kralları və şahzadələri toya hazırlaşır



Oktyabrın 20-də Lüksemburqda təntənəli toy mərasimi olacaq.
AzNews.az "İnterfaks"a istinadən xəbər verir ki, toya bir çox Avropa əlahəzrəti şəxsən qatılacaq.

Lüksemburq Böyük hersoqluğu taxt-tacının vəliəhdi Qiyom ilə Belçika qrafinyası Stefani de Lannuanın toyu yerli vaxtla saat 11:00-da başlayacaq. Mərasimdə Belçika kralı II Albert, kraliça Paola, Norveç kralı V Harald və kraliça Sonya, Lixtenşteyn knyazı II Hans-Adam və xanımı, həmçinin Niderland kraliçası Beatriks, Danimarka kraliçası Marqrete və əri şahzadə Henrik, İsveç kraliçası Silviya, Mərakeş kralı VI Məhəmmədin xanımı şahzadə Lalla Salma və digər qonaqlar iştirak edəcəklər.

Britaniya kral ailəsini toyda Böyük Britaniya kraliçasının üçüncü oğlu Edvard və xanımı Sofiya təmsil edəcəklər. Belçika şahzadələri Filipp və Loranın xanımları ilə, onların bacısı şahzadə Astridin həyat yoldaşı ilə toya qatılacaqları gözlənilir.

Mərasimə Yaponiya, Norveç, İsveç, İordaniya, Rumıniya və Hannoverdən də şahzadələr dəvət olunub.

Səbəbkarlar – şahzadə Qiyomun 31, qrafinya Stefani de Lannuanın isə 28 yaşı var.

Vaqif Həsənov
AzNews.az