Çinin “Baidu” axtarış nəhəngi öz superkompüterini nümayiş etdirib və süni intellektin yaradılması yarışına qoşulub. Çinin “Baidu” axtarış nəhəngi öz superkompüterini nümayiş etdirib və süni intellektin yaradılması yarışına qoşulub.

Dünyanın ən “ağıllı” kompüteri bu ölkədə yaradıldı

Çinin “Baidu” axtarış nəhəngi öz superkompüterini nümayiş etdirib və süni intellektin yaradılması yarışına qoşulub.


AzNews.az ICTnews-a istinadən xəbər verir ki, təqdim edilən "Minwa" superkompüteri 1 milyondan çox təsviri skan edir və onları 95,42 faiz dəqiqliklə 1000 kateqoriya üzrə çeşidləyir. Şirkətin əməkdaşları iddia edir ki, dünyanın heç bir kompüteri bu məsələni belə tez həll edə bilmir.

Məsələn, ABŞ-ın "Google" korporasiyasının sistemi belə məsələnin həllində 95,2 faiz, "Microsoft"un kompüteri isə 95,06 faiz dəqiqlik göstərib.

Ancaq "Baidu" bu uğurla kifayətlənməyərək yaxın iki ildə saniyədə 7 kvadrillion hesablama apara bilən daha sürətli superkompüter qurmağı planlaşdırır.