- Köhnə - Maraqlı
- 16 May 2015 22:58
- 6 662
Bulvarda yenilik- FOTOLAR
Bakı 2015 - I Avropa oyunları ilə əlaqədar qonaqların, eləcə də əhalinin işinə yarayacaq növbəti addım atılıb.
Publika.az-ın məlumatına görə, xidmət və infrastrukturdakı silsilə yeniliklərə biri də Dənizkənarı Bulvarda əlavə edilib. Belə ki, bulvarda mobil telefonların enerji təchizatını asan və pulsuz yerinə yetirəcək, günəş batareykaları ilə təchiz edilmiş yeni qurğular quraşdırılıb. Yeni qurğular artıq paytaxt sakinlərinin marağını özünə cəlb edib. Əməkdaşımız özü belə yeni xidmətdən yararlanıb və sakinlərin yeni xidmətə olan marağını müşahidə edib.